DÇ-2022: Ən gənc və yaşlı MİLLİLƏR
16.11.2022 - 11:47
DÇ-2022: Ən gənc və yaşlı MİLLİLƏR

Qətərdə keçiriləcək DÇ-2022-dəki futbolçuların ümumi və komandalar üzrə orta yaşı bəlli olub.

Apasport.az saytının məlumatına görə, mundial iştirakçılarının yaşı 26,98-ə bərabərdir.

Ən yaşlı komandalar isə Avropa və Cənubi Amerikanı təmsil etməyən ölkələrdir. Heyətində 30 yaşdan yuxarı 9 oyunçusu olan İran DÇ-2022-nin ən “qocası”dır. Meksika ikinci, Yaponiya üçüncüdür.

Mundialın 9 ən “qoca” komandası: 
1. İran - 28,92
2. Meksika - 28,50
3. Yaponiya - 28,08
4. Argentina - 27,92
5. Braziliya - 27,89
6. Tunis - 27,85
7. Belçika - 27,81
8. Uruqvay - 27,81
9. Cənubi Koreya - 27,69

Mundialın ən gənc yığması Qanadır. ABŞ bu siyahıda ikincidir. İlk “üçlüy”ü Avropa təmsilçisi İspaniya qapayır.

Mundialın 9 ən gənc komandası:
1. Qana - 24,73
2. ABŞ - 25,15
3. İspaniya - 25,62
4. Ekvador - 25,62
5. Kamerun - 26,27
6. Seneqal - 26,27
7. Mərakeş - 26,31
8. Uels - 26,39
9. İngiltərə - 26,46

Qruplar arasında ən yaşlıları C (27,70), D (27,28) və F (27,11) “dördlük”ləridir. Ən gənclər isə A (26,37), D (26,71) və H (26,77) qruplarıdır.
 

0