De Rossi "Roma"da qalacaq
07.06.2024 - 13:27
De Rossi "Roma"da qalacaq

İtaliya A Seriya təmsilçilərindən “Roma”nın baş məşqçisi Daniele De Rossi klubu ilə müqaviləsini uzadacaq.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı italiyalı ilə yeni müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub.

De Rossi yanvar ayından – Joze Mourinyonun gedişindən sonra “Roma”ya rəhbərlik edir.

Romalılar ötən mövsüm A Seriyasının turnir cədvəlini 6-cı yerdə başa vurublar.

0