[b]Debütant “Alanyaspor”la qarşılaşacaq
[/b]
14.07.2018 - 14:29
İyulun 16-dan 29-dək Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olacaq “Sabah” hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirəcək. Apasport.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, artıq paytaxt təmsilçisinin iki rəqibi müəyyənləşib.
Topaz Premyer Liqasının debütantı iyulun 18-də Türkiyə birinci liqasında mübarizə aparan “Giresunspor”, iyulun 28-də isə Super Liqa təmsilçisi “Alanyaspor”la qarşılaşacaq. Digər iki rəqibin adı hələ dəqiqləşməyib.
0
0