“Yuventus”un yarımmüdafiəçisi Anxel Di Mariyanın durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumameyilli oyunçunun qayıtma vaxtı açıqlanıb.
“Qoca sinyora” rəsmi saytı vasitəsilə futbolçuya sağ bud nahiyəsindən yüngül zədə diaqnozu qoyulduğunu bəyan edib. Həkimlər Di Mariyanın təxminən 3 həftədən sonra oynamağa tam hazır olacağını bildirib. Bu da o deməkdir ki, ulduz futbolçu noyabrın 20-də start götürəcək dünya çempionatına yollana biləcək.
Qeyd edək ki, Anxel Di Mariya Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Hayfa “Makkabi”si (0:2) ilə oyunda zədələnib.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir