[b]Donnarummanın əvəzinə Morata [/b]
12.06.2018 - 16:33
[b]Donnarummanın əvəzinə Morata
[/b]

“Milan” və “Çelsi” arasında “barter” baş tuta bilər. Apasport.az saytının “Corriere dello Sport”a istinadən məlumatına görə, Alvaro Moratanın “Milan”a, Canluici Donnarummanın isə “Çelsi”yə keçməsi gündəmdədi.

 

“Çelsi”nin qolkiperi Tibo Kurtuanın “Real”a keçmək ehtimalları yüksək qiymətləndirilir. “Zadəganlar”ın belçikalının yerinə ilk alternativi Donnarummadı. Digər tərəfdən, hücumda problemlər yaşayan “Milan”ın siyahısının başında Alvaro Moratanın adı var.

 

Sözügedən hər iki oyunçunun transferi 70 milyon avro dəyərində qiymətləndirilir. Bu səbəbdən İtaliya mətbuatı komandaların “barter”ə gedə biləcəyinin inandırıcı olduğunu yazıb.

 

Geridə qalan mövsümdə İtaliya A Seriyasında 38 matçda meydana çıxan Donnarumma qapısında 42 qol görüb. “Çelsi” formasını 31 oyunda tərlədən Alvaro Morata isə 11 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.