Dünya çempionatı ev almaq planını pozdu
25.11.2022 - 14:47
Dünya çempionatı ev almaq planını pozdu

Uelsdən olan Loren və Kerrin Makni bacıları Qətərdə keçirilən dünya çempionatına qatılmaq üçün ev almaq planını təxirə salıb.

Apasport.az saytının məlumatına görə, Loren Uels millisinin oyununu izləyib-izləməyəcəyini bilmir.

O, ev almaq istəklərini bir neçə il sonra gerçəkləşdirməyə çalışacaqlarını söyləyib: “Uels yığması dünya çempionatında iştirak etdiyindən, ev almaq üçün yığdığım pulun bir hissəsini Qətərə səfər üçün xərclədim. Yenidən pul yığmaq üçün bir neçə il gözləyə bilərəm. Ancaq hələ də Uels millisinin oyununa baxmaq imkanımızın olub-olmayacağını bilmirik”.

Qeyd edək ki, DÇ-2022-nin B qrupunda yer alan Uels yığması II tur çərçivəsində İranla qarşılaşır. Britaniya təmsilçisi ilk turda ABŞ-la bərabərə qalıb - 1:1.
 

0
DİGƏR XƏBƏRLƏR
Loading...