[b]Dünya çempionunun yeni iş yeri bəlli oldu[/b]
27.07.2018 - 13:08
“Palmeyras”ın yeni baş məşqçisinin adı açıqlanıb. Apasport.az-ın klub saytına istinadən məlumatına görə, San-Paulu təmsilçisi Luis Felipe Skolariyə tapşırılıb.
69 yaşlı mütəxəssisin müqaviləsi 2020-ci ilə qədər nəzərdə tutulub. Bu, onun “Palmeyras”a üçüncü təyinatıdı. Skolari daha öncə 1997-2000, 2010-2012-ci illər aralığında komandanı çalışdırıb.
Qeyd edək ki, “Palmeyras” 1999-cu ildə Skolarinin rəhbərliyi altında Libertadores kubokunu qazanıb. Təcrübəli çalışdırıcı həmçinin Braziliya millisi ilə 2002-ci ildə keçirilən dünya çempionatının qalibi olub.
0
0