Eden Azar: “Yaxşı oynasam, dünya çempionu olarıq”
26.11.2022 - 17:39
Eden Azar: “Yaxşı oynasam, dünya çempionu olarıq”

“Kanada ilə oyundakı zədədən sonra bərpa prosesim yaxşı gedir. Tibb işçiləri və fizioterapevtlər uğurla çalışırlar”.

Apasport.az saytının məlumatına görə, bunu Belçika millisinin kapitanı Eden Azar deyib.

Ulduz futbolçu komandasının dünya çempionu olmasının öz çıxışından asılı olacağını bildirib: “Bütün komanda kimi, mən də daha yaxşı oynaya bilərəm. Kanada ilə oyunda özümü yaxşı hiss edirdim. Həmişə demişəm ki, meydana nə qədər tez-tez çıxsam, bir o qədər güclü oynayaram. Uğurlu çıxış edərək insanları sevindirmək istəyirəm. Yaxşı olsam, Belçika dünya çempionluğunu qazana bilər. Bir az pis oynasam, çətin olacaq”.

Qeyd edək ki, qrup mərhələsinin ilk turunda Kanada üzərində 1:0 hesablı qələbə qazanan Belçika yığması II tur çərçivəsində sabah Mərakeşlə qarşılaşacaq.

0