El Klasikoda itkilər
04.04.2023 - 15:37
İspaniya kubokunun yarımfinal mərhələsinin “Barselona” – “Real” cavab matçı öncəsi komandaların zədəli futbolçuları açıqlanıb.
Apasport.az saytı xəbər verir ki, əzəli rəqiblər El Klasikoya itkilərlə çıxacaq.
Aprelin 5-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşə “Barselona” müdafiəçi Andreas Kristensen, yarımmüdafiəçilər Pedri, Frenki de Yonq və cinah yarımmüdafiəçisi Usman Dembelesiz çıxacaq. “Kral klubu” isə "Nou Kamp"da arxa xətt oyunçusu Ferland Mendinin köməyindən məhrum olub.
Qeyd edək ki, Madriddə keçirilən ilk oyunda “Real” 0:1 hesabı ilə uduzub.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0