[b]Əliyar Ağayev Çempionlar Liqasında [/b]
27.07.2018 - 15:10
[b]Əliyar Ağayev Çempionlar Liqasında
[/b]

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev daha bir avrokubok qarşılaşmasına təyinat alıb. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həmyerlimiz Çempionlar Liqasında iş başında olacaq.

 

Ağayev III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də Avstriyada keçiriləcək matçda baş hakim olacaq. O, “Zaltsburq” klubu ilə  ikinci təsnifat mərhələsinin “Şkendiya” (Mekdoniya) – “Şerif” (Moldova) cütünün qalibi arasında keçiriləcək qarşılaşmada fit çalacaq

 

Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.