Ən çox təzminat alan baş məşqçilərin SİYAHISI
01.04.2023 - 14:43
Ən çox təzminat alan baş məşqçilərin SİYAHISI

Ən çox təzminat alan baş məşqçilərin siyahısı açıqlanıb.

Apasport.az saytı xəbər verir ki, istefaya göndərilərək klubundan daha çox pul alanların cədvəlinə Joze Maurinyo başçılıq edir.

Hazırda “Roma”ya rəhbərlik edən 50 yaşlı portuqaliyalı indiyədək 120 milyon avro təzminat alıb. O ”Totenhem”, “Mançester Yunayted”, “Çelsi” və “Real”dan klub rəhbərlərinin qərarı ilə ayrılmalı olub.

Antonio Konte 2 dəfə bu aqibəti yaşaması qarşılığında 36 milyon avro irəli düşüb. 53 yaşlı italyana “İnter” və “Çelsi” klublarında işləyərkən “səninlə alınmır” deyiblər.

Siyahıda olan məşhurlardan Yulian Naqelsman “Bavariya”dan 27 milyon, Loran Blan PSJ-dən 22 milyon, Mauritsio Sarri “Yuventus”dan 20 milyon və Luis Felipe Skolari “Çelsi”dən 15 milyon avro təzminat alaraq ayrılıblar.

0