[b]Erik Ramos rəsmən Azərbaycan klubunda[/b]
24.07.2018 - 12:49
2018/19 mövsümündə Premyer Liqada debüt edəcək “Sabah” transfer çalışmalarını davam etdirir. Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, paytaxt klubu daha bir oyunçu ilə anlaşıb.
Bakılılar paraqvaylı yarımmüdafiəçi Erik Ramosu heyətinə qatıb. 31 yaşlı futbolçu yeni komandası ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, karyerası ərzində Paraqvayın “12 Oktyabr”, “3 Fevral”, “Rubio”, “General Dias” komandalarının şərəfini qoruyan Erik Ramos 2012-2016-cı illərdə ölkəmizdə “Neftçi”nin formasını geyinib.
0
0