[b]Fabreqas da dünya çempionatına gedəcək[/b]
12.06.2018 - 01:55
[b]Fabreqas da dünya çempionatına gedəcək[/b]

İspaniya millisinin mundial heyətindən kənarda qalan Fransesk Fabreqas da Rusiyaya yollanacaq. Apasport.az saytının məlumatına görə, “Çelsi”nin yarımmüdafiəçisi DÇ-2018 vaxtı ekspert kimi çıxış edəcək.

 

İspaniyalı yarımmüdafiəçi BBC ilə anlaşıb. Böyük Britaniyanın ən nüfuzlu media orqanı olan kanal daha əvvəl Yürgen Klinssman, Didye Droqba, Pablo Zabaleta və Harri Lineker ilə də razılaşmışdı.

 

Qeyd edək ki, Fabreqasın şərh edəcəyi ilk matç – İspaniya – Portuqaliya qarşılaşması olacaq.