"Fənərbaxça" Renat Dadaşovdan çəkinir
20.10.2023 - 10:37
"Fənərbaxça" Renat Dadaşovdan çəkinir

"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal Türkiyə Super Liqasının IX turunda qonaq edəcəkləri "Hatayspor"un 3 futbolçusunu xüsusi fərqləndirib. 

Apasport.az "Hurriyet"ə istinadən xəbər verir ki, 62 yaşlı türkiyəli mütəxəssis yetirmələri ilə söhbətdə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovdan da söz açıb.

Belə ki, Kartal rəqib komandanın heyətində Renatla yanaşı, nigeriyalı yarımmüdafiəçi Fiyaso Dele-Başiru və honduraslı yarımmüdafiəçi Riqoberto Rivasın öz ölkələrinin milli komandalarında çıxış etdiyini və mövsümə yaxşı start verdiklərini vurğulayıb. O, yetirmələrinə bu futbolçuları meydanda ciddi nəzarətdə saxlamağı tapşırıb.

Qeyd edək ki, "Fənərbaxça" - "Hatayspor" görüşü 20 oktyabr Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. 

0