"Fənərbaxça"dan açıqlama: Çağlar Söyüncünün əzələsində qanaxma aşkarlanıb
07.03.2025 - 15:55

"Fənərbaxça" - "Reyncers" matçının ilk yarısında zədələnərək oyunu tərk edən Çağlar Söyüncünün hazırkı vəziyyəti məlum olub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Matçın ilk hissəsində əvəzlənən Söyüncü bu gün MRT müayinəsindən keçib. 28 yaşlı müdafiəçinin sağ arxa əzələsində ödəm və qanaxma aşkarlanıb.
Hazırda futbolçunun müalicəsinə başlanılıb. Çağların bir müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça" UEFA Avropa Liqasının 1/8 final matçında "Reyncers"ə məğlub olub - 1:3.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0