“Fənərbaxça”nın futbolçusu həbs oluna bilər - SƏBƏB
22.03.2023 - 16:05
“Fənərbaxça”nın futbolçusu həbs oluna bilər - SƏBƏB

“Fənərbaxça”nın futbolçusu İrfan Can Kahveci həbs edilə bilər.

Apasport.az saytı xəbər verir ki, İstanbul klubunun 27 yaşlı yarımmüdafiəçisinin azarkeşlə davada ittiham olunur.

Yanvarın 8-də keçirilən “Fənərbaxça” – “Qalatasaray” (0:3) matçının 69-cu dəqiqədə oyuna daxil olan Kahveci 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydançadan qovulub. Tribunalara yaxınlaşdığı zaman isə ABŞ-dan matçı izləmək üçün gələn Ünsalan ailəsi futbolçuya “heç etdiyin hərəkətə görə utanırsanmı?” deyib.  Azarkeşin bu atmacasına öncə sözlü qarşılıq verən futbolçu ilə ailə arasında daha sonra dava baş verib. 

Türkiyə millisinin də şərəfini qoruyan oyunçunun hərəkətindən narazı qalan Ünsalan ailəsi Kahvecidən şikayət ediblər. Onlar minlərcə insanın gözü qarşısında futbolçunun ağır söyüş və təhqirləri ilə yanaşı, hücumuna məruz qaldıqlarını iddia edərək həbsini istəyirlər. Futbolçunun günahı sübuta yetirilərsə onu iki illik həbs cəzası gözləyir.

0