"Fənərbaxça"nın futbolçusu Liviyada “saxlanılıb” - VİDEO
14.10.2024 - 15:25
"Fənərbaxça"nın futbolçusu Liviyada “saxlanılıb”  - VİDEO

Afrika Millətlər Kubokunun 4-cü turunda səfərdə Liviya ilə qarşılaşmalı olan Nigeriya millisinin üzvləri hava limanında qapalı qalıblar.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, millini daşıyan təyyarə enməli olduğu hava limanına deyil, Bengazidə yerləşən Al-Abraq hava limanına eniş edib. 

Türkiyə Super Liqa təmsilçilərindən "Fənərbaxça"da forma geyinən milli üzvü Brayt Osayi Samuel bu barədə sosial media hesabında paylaşım edib. 

26 yaşlı futbolçu paylaşımında Liviyada naməlum bir hava limanında 15 saat köməksiz qaldığını qeyd edib. 

Viktor Bonifeys isə 13 saat hava limanında olduğunu, yemək, internet və yatmağa yer olmadığını bildirib. 

Millinin bir çox oyunçusu məsələ ilə bağlı sosial medialarında paylaşımlar edərək Afrika Futbol Federasiyasını tənqid ediblər. Komandanın kapitanı Trust-Ekonq isə matçın keçirilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Nigeriya millisi Afrika Millətlər Liqasının seçmə mərhələsində ilk 3 matçdan 7 xal toplayaraq “D” qrupunda liderdir.

0