Frank De Bur Ərəbistandan qovuldu
13.12.2023 - 18:31
“Əl-Cəzirə” Frank De Burla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, Birləşmiş Ərəb əmirlikləri (BƏƏ) klubundan verilən açıqlamada uğursuz nəticələrdən sonra istefaya göndərilib.
53 yaşlı niderlandlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edən ərəb klubu yeni baş məşqçi axtarışına çıxıb. Klub rəhbərliyi komandanı yenidən tanınmış birinə əmanət etmək arzusundadır.
Qeyd edək ki, “Əl-Cəzirə” ilə 14 matça çıxan De Bur bu qarşılaşmalarda 6 qələbə və 3 heç-heçəyə nail olub. 5 görüşdə məğlub olan komanda hazırda turnir cədvəlinin 7-ci sırasında yer alır.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0