[b]Fransa çempion olsa...[/b]
11.06.2018 - 21:06
Fransa DÇ-2018-də qalib olarsa oyunçuların alacağı mükafat açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb.
Əgər Didye Deşamın yetirmələri mundialda birinci yeri tutsalar, hər oyunçu 300 min avro qazanacaq.
Finalda məğlubiyyət halında məbləğ 280 min avro təşkil edəcək.
Yarımfinala yüksəlməklə isə fransız futbolçular 150 min avro “qabağa düşəcəklər”.
0
0