[b]“Fransa millisini çalışdırmaq barədə düşünmürəm” - Zidan [/b]
12.06.2018 - 10:46
[b]“Fransa millisini çalışdırmaq barədə düşünmürəm” - Zidan

[/b]

“Real”ın sabiq baş məşqçisi, futbolçu kimi Fransa millisinin heyətində dünya və Avropa çempionatının qalibi olan Zinəddin Zidan gələcəyi barədə danışıb. Apasport.az saytının “L’Equipe” nəşrinə istinadən məlumatına görə, təcrübəli mütəxəssis indilik yığmada çalışmaq niyyətində olmadığını bildirib:

 

“Hazırda ən önəmli mövzu Fransa millisidi. Yığmanı dünya çempionatında dəstəkləmək lazımdı. Hələlik millini çalışdırmaq barədə düşünmürəm. İstirahət etmək və özümə gəlmək üçün bir müddət fəaliyyətimə ara vermişəm. Fransa yığmasına azarkeşlik edəcəm. Komandanın ikinci dəfə dünya çempionu olmasını istəyirəm”.

 

Qeyd edək ki, Fransa millisini hazırda Didye Deşam çalışdırır.

 

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre gələcəkdə Zidanın yığmada baş məşqçi kimi çalışacağına dair ehtimalı istisna etmir. Ancaq bu təyinat yalnız 2020-ci ildən – Didye Deşamın müqavilə müddəti bitdikdən – sonra reallaşa bilər.