[b]Fransalı futbolçunun “Barselona”ya keçəcəyi dəqiqləşdi[/b]
09.06.2018 - 16:46
“Sevilya”nın müdafiəçisi Kleman Lanqlenin yeni komandası müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı futbolçunun “Barselona”ya keçəcəyi dəqiqləşib.
“Sevilya”nın yeni müqavilə təklifini rədd edən 23 yaşlı futbolçu Kataloniya klubu ilə ortaq məxrəcə gəlib. Onun yeni komandasına transferi yaxın günlərdə rəsmiləşəcək. Bu keçid “Sevilya”ya 35 milyon avro qazandıracaq.
Qeyd edək ki, Kleman Lanqle “Sevilya”ya ötən ilin yanvarında 5 milyon avro müqabilində “Nansi”dən keçib.
0
0