Futbol klubundan zəlzələ qurbanlarına təsirli jest - FOTO
07.02.2023 - 23:37
Superliqa komandalarından olan “Konyaspor” 10 vilayət və Suriyada baş verən zəlzələ qurbanları üçün stadionun qapılarını onların üzünə açıb.
Apasport.az xəbər verir ki, klub stadionun lojalarını yataq otağına çevirərək, zəlzələdən zərər çəkən insanların xidmətinə verəcəyini açıqlayıb.
"Konyaspor"un prezidenti Fatih Özgökçən "Zəlzələdən zərər çəkən vətəndaşlarımızı stadionumuzun lojalarında qəbul etmək üçün bütün hazırlıqlarımızı tamamladıq" dedi.
Qeyd edək ki, "Konyaspor" zəlzələ bölgəsinə göndərilmək üçün 100 konteyner ev göndərdiklərini açıqlayıb.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0