Futbolçuya kəllə vuran baş məşqçi istefaya göndərildi
11.03.2024 - 14:28
İtaliyanın "Leççe" klubu baş məşqçisi Roberto Daversa ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada, 48 yaşlı çalışdırıcının "Verona" ilə matçdan sonra futbolçuya hücum etdiyinə görə bu qərara gəlindiyi bildirilib.
Xatırladaq ki, Roberto Daversa ötən gün "Verona"ya 0:1 hesabı ilə məğlub olduqları matçın final fitindən sonra meydançaya daxil olaraq rəqib futbolçu Tomas Henriyə kəllə ilə vurub.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0