Hakim Ziyeşə ərəblərdən təklif  
08.12.2023 - 14:48
Hakim Ziyeşə ərəblərdən təklif  

“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş  Səudiyyə Ərəbistanına gedə bilər.

Apasport.az xəbər verir ki, mərakeşli futbolçu bu ölkənin “Əl Nəsr” klubunun diqqət mərkəzindədir.

Xüsusilə son matçlardakı performansı ilə diqqətləri üzərinə çəkə bilən 30 yaşlı müdafiəçi ərəblərdən ciddi təklif alıb. “Aslanlar” Mərakeş millisinin üzvünə gələn təkliflərdən sonra futbolçunun transferi üçün hərəkətə keçib. Belə ki, İstanbul klubu “Çelsi”dən icarəyə götürülən təcrübəli oyunçunu birdəfəlik satın almaq üçün ingilislərlə danışıqlara başlayıblar. 

Qeyd edək ki, Ziyeş hələ yayda Ərəbistan yarımadasına yollanmağa çox yaxın idi. Futbolçu “Əl Nəsr” klubu ilə maaş məsələsində razılığa gələ bilmədiyi üçün bu keçid baş tutmadı.
 

0