"Hannover" bu Türkiyə nəhəngini məhkəməyə verib
14.07.2024 - 11:11
"Hannover" bu Türkiyə nəhəngini məhkəməyə verib

 Almaniyanın “Hannover” klubu “Qalatasaray”ı məhkəməyə verib.

Apasport.az xəbər verir ki, proses İstanbul təmsilçisinin qış transfer dövründə heyətinə qatdığı Derrik Könlə bağlıdır.

Belə ki, “sarı-qırmızılar” almanlara edilməli olan ödənişləri gecikdirib. “Qalatasaray” 25 yaşlı futbolçunu 3.35 milyon avroya transfer etmişdi. 

Qeyd edək ki, Kön yeni komandasında 15 oyuna çıxıb, 1 qol vurub, 2 qol ötürməsi verib.
 

0