Harri Keyndən 6 illik müqavilə
08.06.2018 - 18:19
“Tottenhem”in hücumçusu Harri Keynin taleyinə aydınlıq gəlib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu London klubunda qalmağı üstün tutub.
“Real”ın da maraq dairəsində olan İngiltərə millisinin üzvü klubu ilə yeni 6 illik müqavilə imzalamağa razılıq verib. Bundan sonra 24 yaşlı forvardın həftəlik məvacibi 200 min funt-sterlinq olacaq. Bu isə ildə 15 milyon funt-sterlinq deməkdi.
Qeyd edək ki, 2011-ci ildən “Tottenhem”in formasını geyinən Harri Keyn ötən mövsüm 48 matçda 41 qola imza atıb.
0
0