“Hatayspor”da Mahir Emreli səsləri
10.10.2023 - 16:16
“Hatayspor”da Mahir Emreli səsləri

Türkiyə Superliqasının təmsilçisi “Hatayspor”da azərbaycanlı futbolçuların sayı arta bilər.

Apasport.az saytına verilən məlumata görə, komandanın baş məşqçisi Volkan Demirel Azərbaycan millisinin və “Dinamo”nun forvardı Mahir Emrelinin xidmətində maraqlıdır.

O, rəhbərlikdən Emrelinin ən azından qışda icarəyə götürülməsi üçün “Dinamo” ilə danışıq aparmasını istəyib. Əvvəlki məşqçilərlə müqayisədə, Xorvatiya çempionunun hazırkı çalışdırıcısı Sergey Yakiroviç Mahirə etimad göstərdiyindən azərbaycanlı hücumçunun qışda komandadan ayrılıb-ayrılmayacağı dəqiq deyil. Mahir isə Volkan Demirelin diqqətini Azərbaycan millisinin oyunlarına baxarkən çəkib.
26 yaşlı forvardın Zaqreb klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin digər forvardı Renat Dadaşov “Hatayspor”da forma geyinir. O, müqavilə ilə “Qrasshopper”ə məxsus olsa da, bir mövsümlük Türkiyə təmsilçisinə icarəyə verilib.

0