[b]“Honved”lə “Qəbələ”ni müqayisə etdi[/b]
26.07.2018 - 14:31
[b]“Honved”lə “Qəbələ”ni müqayisə etdi[/b]

“Qəbələ” önündə olduğu kimi, yenə cütün aşkar autsayderiyik”. Apasport.az saytının məlumatına görə, bunu “Proqres”in idman direktoru Tomas Gilgemann deyib.

 

Lüksemburq klubunun rəsmisi yerli mətbuata açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində “Honved”lə bu gün keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

 

O, Macarıstan klubu ilə əvvəlki mərhələdə üstələdikləri “Qəbələ”ni müqayisə edib: “Əvvəlki rəqiblərimiz kimi, “Honved”i üstələmək də çətin görünür. Oyunlarının videotəkrarına baxdıqdan sonra belə qənaətə gəldik ki, onları məğlub etmək mümkünsüz deyil. Ancaq “Honved” “Qəbələ”dən tam fərqli komandadı. 3-5-2 sistemindən yararlanırlar və çox təhlükəli 2 hücumçuları var. Fiziki cəhətdən güclü, kompakt komandadı”.

 

Qeyd edək ki, evdə “Proqres”ə 0:2 hesabı ilə məğlub olan “Qəbələ” səfərdə minimalhesablı (1:0) qələbə qazanmışdı.