İcarəyə getdi
05.08.2023 - 14:53
İcarəyə getdi

"Çelsi"nin müdafiəçisi Lyuis Xoll icarəyə verilib.

Apasport.az saytı xəbər verir ki, 18 yaşlı gənc futbolçu yeni mövsümü “Kristal Pelas” komandasının heyətində keçirəcək.

Premyer Liqanın iki komandası arasında baş tutan danışıqların müsbət nəticələndiyi bildirilir. İngilis arxa xətt oyunçusu London klubunu tərk etməzdən öncə onunla müqavilənin artırılması planlaşdırılır.

Qeyd edək ki, “zadəganlar”ın öz yetirməsi olan Xoll ötən mövsümdən əsas komandaya cəlb edilir.

0