İdmançılar Parisdə qida çatışmazlığından narazıdırlar
25.07.2024 - 12:58
İdmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər.
Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, çərşənbə günü səhər yeməyində yumurtaya məhdudiyyət qoyulub.
İdmançılar qida ehtiyatlarının yığılmasının sürətindən də şikayətlənirlər.
Olimpiya kəndində bu sahəyə cavabdeh şirkət problemin olduğunu etiraf edib və onun həlli istiqamətində fəal iş aparıldığını açıqlayıb.
Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0