Yay hazırlıq proseslərini davam etdirən klublar yoldaşlıq oyunlarında qüvvələrini sınayırlar. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Ramil Şeydayevin yenidən heyətinə qayıtdığı “Trabzonspor” da sınaq matçına çıxıb.
Qara dəniz təmsilçisi Sloveniya klubu “Triqlav”la qarşılaşıb. Kranj stadionunuda baş tutan qarşılaşma “Trabzonspor”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil 70-ci dəqiqədə hesab 2:0 olarkən Muhammet Beşirin yerinə oyuna daxil olub.
Qeyd edək ki, U-17 milli komandamızda çıxış etmiş Murat Cem Akpınar da bu görüşün iştirakçısı olub. O, 40-cı dəqiqədə Cafer Tosunun əvəzinə meydana çıxıb.