[b]İki “siftə” birdən[/b]
09.06.2018 - 23:15
Yoldaşlıq oyununda Latviya ilə qarşılaşan milli komandamız 3:1 hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, bu matçda iki oyunçumuz yığmada qol hesabını açıb.
Qarşılaşmada millimizin ikincin qolunu vuran Cavid İmamverdiyev və üçüncü qolun müəllifi Emin Mahmudov ilk dəfə milli forma ilə qol sevinci yaşayıblar.
Cavid yığmada qol sevinci yaşamış 60, Emin isə 61-ci oyunçu olub.
Qeyd edək ki, komandamızın ilk qoluna Maksim Medvedev imza atmışdı.
0
0