“Mançester Siti”nin kapitanı İlkay Gündoğan karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, “Qalatasaray” mövsümün sonunda 32 yaşlı yarımmüdafiəçi ilə güclənmək niyyətindədir.
“Şəhərlilər”lə müqaviləsi 2024-cü ilin yayına qədər olsa da, Almaniya millisinin üzvü İngiltərəni tərk etmək variantını istisna etməyib. “Cim-bom” rəhbərliyi bu klubun azarkeşi olan Gündoğanı keçidə razı salacağına inanır. Ancaq bu, heç də asan olmayacaq. Çünki “Barselona” və “Yuventus” kimi klublar da onun xidmətində maraqlıdır.
Qeyd edək ki, 2016-cı ildən “Mançester Siti”də çıxış edən İlkay Gündoğan bu müddət ərzində “şəhərlilər”in heyətində 267 oyunda rəqib qapılarından 51 top keçirib.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir