İngiltərənin daha bir klubu sahibini dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, nigeriyalı biznesmen Dozi Mmobuozi “Şeffild Yunayted”i almaq qərarına gəlib.
Afrikalı Çempionşip təmsilçisi üçün 90 milyon funt sterlinq ödəməyə hazırdır. O, klubun borclarını və transferlər üçün gecikmiş ödəmələri öhdəsinə götürüb.
2001-ci ildə “Tingo Mobile PLC” şirkətini yaradan biznesmen sonradan “Dozy Mmobuosi Foundation” fondunu yaradıb. Onun 7 milyard funta sahib olduğu bildirilir.
Qeyd edək ki, Şeffild təmsilçisinin hazırkı sahibi Səudiyyə Ərəbistanı şahzadəsi Abdalla ibn Musaid Əl-Səuddur.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”