İngiltərə nəhəngi Virtzi istəyir
18.02.2025 - 20:59

"Bayer"in futbolçusu Florian Virtz komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, onun xidmətində "Mançester Siti" maraqlıdır.
"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçini mövsümün sonunda klubla müqaviləsi başa çatan Kevin De Bruynenin əvəzləyicisi kimi görür.
"Mançester Siti" yayda 21 yaşlı futbolçunun keçidini həll etməyə çalışacaq.
Qeyd edək ki, Virtz 2020-ci ildən "Bayer"də çıxış edir.
0
0