İngiltərədə menecerlərə ən çox pul verən klublar bəlli oldu
01.04.2023 - 00:44
İngiltərədə menecerlərə ən çox pul verən klublar bəlli oldu

“Mançester Siti” bir il ərzində Premyer Liqada menecerlərə ən çox pul xərcləyib.

Apasport.az xəbər verir ki, 1 fevral 2022-ci ildən 31 yanvar 2023-cü ilə qədər Mançester klubu 51,56 milyon funt-sterlinq xərcləyib.

İlk "5-liy"ə “Çelsi”, “Liverpul”, “Mançester Yunayted” və “Arsenal” da daxildir.

İlk 10 siyahı belə görünür:

1. "Mançester Siti" – 51,56 milyon funt sterlinq

2. “Çelsi” – 43,16 milyon

3. “Liverpul” – 33,69 milyon

4. “Mançester Yunayted” – 24,73 milyon

5. “Arsenal” – 16,75 milyon

6. “Tottenhem” – 16,14 milyon

7. "Aston Vila" – 15,62 milyon

8. "Lidz" – 15,31 milyon

9. "Everton" – 13,54 milyon

10. “Vest Hem” – 12,03 milyon

0