“İnter” Sançesin ümidinə qaldı
24.08.2023 - 22:09
“İnter” Sançesin ümidinə qaldı

Çilili futbolçu Aleksis Sançesin yenidən İtaliyaya çıxış etmək ehtimalı var. 

Apasport.az saytı xəbər verir ki, sərbəst qalan futbolçu “İnter”lə qısa müddətli müqavilə bağlaya bilər.

“İnter” komandanı tərk edən Xoakin Korreaya əvəzedici axtarır. Klub rəhbərliyi hücum xəttindəki çatışmazlığı məhz Sançeslə köməyi ilə həll etmək niyyətindədir. 34 yaşlı futbolçunun azad agent olması Milan klubunun işini asanlaşdırıb. Onunla yanvaradək müqavilə bağlanılması gözlənilir.

Qeyd edək ki, Aleksis 2019-2022-ci illərdə üç mövsüm “İnter”də çıxış edib. O, komandanın heyətində 109 oyunda 20 qol vurub, 23 ötürmə edib.
 

0