“İnter” yarımmüdafiəçisini itirdi – 4 həftəlik
27.09.2022 - 23:25
“İnter” yarımmüdafiəçisini itirdi – 4 həftəlik

Xorvatiya və “İnter”in futbolçusu Marselo Brozoviçin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, dayaq yarımmüdafiəçisi 3-4 həftə oynamayacaq.

Millətlər Liqasının Avstriya ilə görüşündə (3:1) xəsarət aldığı üçün 18-ci dəqiqədə əvəzlənən Brozoviç Çempionlar Liqasında iki oyunu buraxacaq. O, “Barselona” ilə görüşlərdən kənar qalacaq.

Qeyd edək ki, futbolçu cari mövsüm “İnter”də keçirdiyi 9 oyunda 2 qol vurub.
 

0