"İnter"də yeni müqavilə
16.09.2024 - 23:26
"İnter"də yeni müqavilə

"İnter"in yarımmüdafiəçi Kristian Aslaninin taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, klub onunla yeni müqavilə imzalayıb.

Bunu "neradzurri"nin mətbuat xidməti açıqlayıb. 22 yaşlı futbolçu ilə sözləşmə 30 iyun 2028-ci ilə qədərdir.

Qeyd edək ki, Aslani 2022-ci ilin yayında "Empoli"dən "İnter"ə keçib.

 

0