“İnter” rəhbərliyi baş məşqçi Simone İnzaqiyə son şans verib.
Apasport.az saytının məlumatına görə, 4 oyundur qələbə qazanmayan İtaliya təmsilçisinin çalışdırıcısına vəziyyəti dəyişmək üçün vaxt verilib.
Onun yetirmələri qarşıdakı üç görüşdə yaxşı nəticələr qazanmalıdır. “Yuventus”la kubok, “Salernitana” ilə çempionat, “Benfika” ilə Çempionlar Liqası görüşü İnzaqi üçün həlledici xarakter daşıyır.
“İnter”in nümayəndələri artıq Maurisio Poçettino ilə əlaqə yaradıb. Baş məşqçi postuna əsas namizəd məhz argentinalıdır.
Qeyd edək ki, “İnter” A seriyasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI