[b]İquainin bir ayağı “Çelsi”də![/b]
05.07.2018 - 10:28
“Yuventus”un forvardı Qonsalo İquainin “Çelsi”yə transferi yekunlaşmaq üzrədi. Apasport.az saytının “Mediaset”ə istinadən məlumatına görə, “zadəganlar” 60 milyon avro qarşılığında argentinalı futbolçunun transferini razılaşdırıblar.
“Yuventus” həmin məbləği “Real”ın hücumçusu Kriştianu Ronaldonun transferinə yönəltmək niyyətindədi.
Yaxın günlərdə “Çelsi”yə baş məşqçi təyin olunacağı gözlənilən Maurtisio Sarrinin “Napoli”dən oyununa bələd olduğu Qonsalo İquainin transferində xüsusi maraqlı olduğu bildirilir.
- "Fənərbaxça"da gözlənilməz qərar: 10-a yaxın futbolçu ilə yollar ayrılır
- “Qarabağ”ın məşqçisi UEFA kursunda təlimatçı kimi çıxış edib
- “Trabzonspor” - “Qalatasaray” matçını idarə edəcək hakim bəlli olub
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
- "Arsenal"ın müdafiəçisi italyanların radarına düşüb
0
0