İspaniya yığması dünya çempionu
20.08.2023 - 16:24
İspaniya yığması dünya çempionu

Qadınlardan ibarət İspaniya yığması dünya çempionatının qalibi olub.

Apasport.az saytı xəbər verir ki, ispaniyalılar ingiltərəli həmkarlarını məğlub ediblər.

Avstraliya və Yeni Zelandiaynın evsahibliyi etdiyi turnirin finalında qapılara bir top vurulub. Karmonanın 29-cu dəqiqədə vurduğu qol qalibi müəyyən edib. İspaniya yığması dünya çempionatlarında qələbə qazanan üçüncü Avropa komandası olub. Bunadək Almaniya (2 dəfə) və Norveç yığmaları turnirdə qalib gəliblər. Son iki dünya çempioatının qalibi ABŞ yığması mübarizəni 1/8 fianlda dayandırıb. 

Qeyd edək ki, İsveç yığması 3-cü yer uğrunda görüşdə Avstraliyanı məğluub edərək, bürünc medala yiyələnib.
 

0