İsveç millisi baş məşqçisi ilə bağlı qərarını verdi - MÜQAVİLƏSİ UZADILDI
12.03.2026 - 19:26
İsveç Futbol Federasiyası milli komandanın baş məşqçisi Qrem Potterlə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, ingiltərəli mütəxəssisin müqaviləsinin müddəti uzadılıb.
Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
50 yaşlı çalışdırıcı ilə 2030-cu ilin 31 iyul tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Qrem Potter 2025-ci ilin oktyabrında İsveç yığmasının baş məşqçisi vəzifəsinə təyin olunub.
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0