[b]İtaliya A Seriyasında yeni baş məşqçi təyinatı[/b]
07.06.2018 - 18:51
[b]İtaliya A Seriyasında yeni baş məşqçi təyinatı[/b]

“Kalyari”nin yeni çalışdırıcısının kimliyinə aydınlıq gəlib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Rolando Maran baş məşqçi postuna gətirilib. İtaliyalı mütəxəssislə iki illik müqavilə imzalanıb.

Maranın sonuncu iş yeri “Kyevo” olub. O, 2014-2018-ci illər aralığında Verona təmsilçisini çalışdırıb.

Qeyd edək ki, 2017-18 mövsümünün yekunlarına əsasən, İtaliya A Seriyasını 16-cı pillədə bitirən “Kalyari” çempionatda qalmağı bacarmışdı.