İtaliya klubundan Premyer Liqaya
05.01.2026 - 16:45
"Latsio"nun hücumçusu Valentin Kastelyanos karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.
"Vest Hem" argentinalı futbolçunun keçidini həll edib. London təmsilçisi 27 yaşlı forvard üçün İtaliya klubuna 30 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Valentin Kastelyanos bu mövsüm "Latsio"nun heyətində keçirdiyi 12 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib.
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
0
0