"Yuventus" icarə əsasında "Qalatasaray"da çıxış edən "Napoli" futbolçusu Viktor Osimheni izləməyə davam edir.
Apasport.az xəbər verir ki, insayder Nikolo Şiranın sözlərinə görə, "qoca sinyora" futbolçunu yaxından izləyir və "Napoli" danışıqlara açıq olarsa, transferi həyata keçirməyə çalışacaq.
Klubun texniki direktoru Kriştiano Qiuntolinin nigeriyalı futbolçunun agenti ilə əlaqələri yaxşıdır. Bu da tərəflər arasında razılaşma prossesini asanlaşdıra bilər.
Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində 30 matçda 26 qol vurub.
Qeyd edək ki, 26 yaşlı hücumçunun müqaviləsində 75 milyon avroluq sərbəst qalma maddəsi olsa da, bu, A Seriyası klublarına şamil edilmir.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə