İtaliya məhkəməsi "Yuventus" və "Napoli" klublarının sabiq hücumçusu Mikele Padovano ilə bağlı qərarını dəyişib.
Apasport.az saytı xəbər verir ki, narkotik alverində ittiham olunan və cəzasını çəkən veteran futbolçuya bəraət verilib.
Padovano 2006-cı ildə qanunsuz həşiş dövriyyəsində şübhəli bilindiyi üçün həbs olunub. Prokurorluq onun üçün 24 illik cəza istəyib. Amma bu müddət 6 il 8 aya qədər azaldılıb.
Sonradan isə onun narkotik alverçisi olmaması barədə qərar çıxarılıb.
Qeyd edək ki, 57 yaşlı Mikele İtaliya çempionluğunu (1997), ölkə Superkubokunu (1995, 1997), Çempionlar Liqası (1995/1996) və UEFA Superkubokunu qazanıb.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”