Juninyo “Flamenqo” ilə ilk titulunu qazandı
03.02.2025 - 09:55
Juninyo “Flamenqo” ilə ilk titulunu qazandı

Braziliya Superkubokunun qalibi məlum olub.

Apasport.az xəbər verir ki, həlledici görüşdə “Botafoqo” və “Flamenqo” komandaları üz-üzə gəliblər.

Matç “Flamenqo”nun qələbəsiylə başa çatıb – 3:1.

“Qarabağ”dan Braziliya klubuna keçən Juninyo bu görüşdə 80-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki,  “Flamenqo” tarixində 4-cü dəfə bu titulu qazanıb.

0