Kamerun millisi baş məşqçisi ilə yollarını ayırdı
29.02.2024 - 13:13
Kamerun millisi baş məşqçisi ilə yollarını ayırdı

Kamerun millisi baş məşqçisi Riqobert Sonqla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə Kamerun Futbol Federasiyası məlumat yayıb.

47 yaşlı çalışdırıcının fevralın 28-də başa çatan müqaviləsinin yenilənməyəcəyi bildirilib.

Federasiya prezidenti Samuel Eto Fransa televiziyasına açıqlamasında kamerunlu mütəxəssis barəsində bunları deyib: "O, bu komandaya çox töhfə verdi. Ancaq hədəflərimizə çata bilmədik. Ona gələcək karyerasında uğurlar arzulayırıq".

2022-ci ilin martından Kamerun millisini çalışdıran Sonq 23 matçda 6 qələbə, 8 heç-heçə və 9 məğlubiyyətlə yadda qalıb.

0