[b]Kavani "Real"ın "radar"ında[/b]
25.07.2018 - 16:33
PSJ-nin forvardı Edinson Kavani karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Apasport.az saytının “As” nəşrinə istinadən məlumatına görə, “Real” uruqvaylı futbolçunun xidmətində maraqlıdı.
Madrid klubu Kavanini “Yuventus”a keçən Kriştiano Ronaldonun alternativi qismində görür. “Real” rəhbərliyi danışıqlara başlamaq niyyətində olsa da, PSJ sahibi Nasser Əl-Helaifinin keçidə qarşı olduğu bildirilir.
Edinson Kavani 2017-18 mövsümündə meydana çıxdığı 40 matçda 48 dəfə rəqib qapılarına yol tapıb. O, 2013-cü ildə “Napoli”dən transfer edilib.
0
0